“Forumda dünyadakı aktual məsələlər müzakirə edildi”
“Dünyada xaosun, müharibələrin, ticarət savaşlarının və digər mənfi tendensiyaların artıdığı bir zamanda Azərbaycan ədalətli düzənin yaradılması üçün böyük səy göstərir. Bu məqsədlə də ölkəmizdə növbəti dəfə keçirilən XII Qlobal Bakı Forumu neytral platforma kimi qlobal problemlərin qabardılaraq həll ediməsi üçün birgəliyi təşfiq edən vacib bir fasürsət idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.
Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrinin sabiq və hazırkı prezidentləri, nazirləri və digər rəsmi nümayəndələrinin iştirakı da Forumunun əhəmiyyətini və çəksini daha da artırır: “Forumda dünyadakı aktual məsələlər müzakirə edildi, onların həlli yolları göstərildi. Dünyadakı mürəkkəb geosiyasi proseslər fonunda Qlobal Bakı Forumunda beynəlxalq sülhə, təhlükəsizliyə, dayanıqlı inkişafa və əməkdaşlığa töhfə verən açıqlamalar səsləndirildi. Bu Forumu əhəmiyyətli edən digər faktorlardan biri də konfransa müxtəlif regionlardan iştirakçıların qatılması idi ki, bu da Azərbaycanın multilateralizmə sadiqliyini bir daha nümayiş etdirdi. Keçirilən bu cür tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizi qlobal miqyasda sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolunu gücləndirir”.