İqtisadiyyat

Azərbaycan neft ixracını 4 % artırıb


Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyon 778 min 403,96 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu barədə SİA-ya Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 672 milyon 800,77 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 4 % çox, dəyəri isə 5,4 % azdır.

Ötən iki ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 56,08 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.