Tramp Putinə zəng etməzdən əvvəl Starmerlə əlaqə saxlayıb…
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan telefon danışığından əvvəl dünən axşam Böyük Britaniyanın baş naziri Keir Starmer ilə danışıqlar aparıb.
SİA-nın məlumatına görə, bu barədə “The Guardian” yazır. Starmerin sözçüsü bildirib ki, baş nazir şənbə günü “İstəyənlərin Koalisiyası” çərçivəsində beynəlxalq liderlərlə söhbəti barədə Trampa məlumat verib.
Starmer həmçinin ədalətli və davamlı sülhün əldə edilməsində Ukraynaya maksimum dəstək vermək üçün birgə çalışmağın vacibliyini vurğulayıb.
Yeri gəlmişkən, Putin və Trampın danışıqlarının bu gün baş tutması planlaşdırılır.
Əli Babayev