İqtisadiyyat

Bakıda növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək


Yaxın vaxtlarda Bakıda 13-cü Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. SİA bu barədə İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMCyə istinadən xəbər verir.

Məlumata görə, artıq forumla bağlı hazırlıqlara başlanılıb.

Tədbir çərçivəsində plenar sesiyalar təşkil ediləcək. Forumda 300-dən çox qonağın iştirakı gözlənilir.

Xatırladaq ki, ötən il Azərbaycan-Rusiya Regionlararası Forumu Stavropol diyarının Mineralnıe Vodı şəhərində keçirilmişdi.