İqtisadiyyat

Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırır


2024-cü ilin sentyabrından 2025-ci il martın 10-dək olan dövr ərzində Qazaxıstan taxılının Azərbaycana ixracı analoji dövrlə müqayisədə (2023-cü ilin sentyabrından 2024-cü ilin 10 martına kimi) 94,7 dəfə artaraq 379 min tona çatıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycana və digər dövlətlərə tədarükün artması Qazaxıstan taxılının ixrac daşımasının ümumi həcminin 52,8 faiz – 6,1 milyon tona qədər artması fonunda baş verir.