Dünya

ABŞ Ukrayna ilə bağlı Avropaya vəd verdi


ABŞ rəsmiləri avropalı həmkarlarına Aİ-nin Ukrayna münaqişəsi ilə bağlı istənilən sülh sazişində iştirak etməli olduğunu deyiblər. SİA xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ rəsmiləri Aİ-nin iştirakını zəruri hesab edirlər, çünki Rusiya sazişin bir hissəsi kimi sanksiyaların ləğvini istəyir.

“ABŞ rəsmiləri avropalı həmkarlarına mesaj verdilər ki, prioritet hədəf döyüşlərə son qoymaq və bundan sonra Kiyev üçün potensial təhlükəsizlik tədbirlərini müzakirə etməkdir”, – agentlik qeyd edib.