Dünya

Ankara və İzmirdə də aksiyalar qadağan edildi


Türkiyənin Ankara və İzmir şəhərlərində də mətbuata açıqlamalar və aksiyalar qadağan edilib. SİA “NTV” portalına istinadən xəbər verir ki, bu barədə qərarı Ankara və İzmir valilikləri açıqlayıb. Bildirilib ki, hər iki şəhərdə qadağa martın 25-i 23:59-a qədər qüvvədə olacaq. İstanbulda martın 19-dan tətbiq edilən bu qadağalar isə martın 23-də başa çatacaq.

Xatırladaq ki, martın 19-da İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə aparılan əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılıb. Bunun ardınca İstanbul, Ankara, İzmir və digər şəhərlərdə etiraz aksiyası keçirilib.