Fransa Makronu hakimiyyətdən uzaqlaşdırmağa çağırır…
Fransa prezidenti Emmanuel Makron vətəndaşları “Rusiya təhlükəsi” ilə bağlı çaşdırdığına görə hakimiyyətdən uzaqlaşdırılmalıdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan X sosial şəbəkəsində bildirib.
…Makron hakimiyyətdə qalmaq və fransızların cibinə girmək üçün saxta Rusiya təhlükəsi yaradır. Onun vəzifədən uzaqlaşdırılması həyati zərurətdir.
Bunu siyasətçi yazıb.
Bundan əvvəl Makron Rusiyanı Avropa üçün təhlükə elan edib. O bildirib ki, bütün Avropa İttifaqını qorumaq üçün Fransanın nüvə silahından istifadə etməsi ilə bağlı müzakirələrə başlamaq lazımdır.
Öz növbəsində Düpon-Aignan Makrona bildirib ki, ölkə üçün real təhlükə Rusiya deyil, müdafiə xərclərini artırmaq cəhdlərində iqtisadiyyatın çökməsidir. O, həmçinin qeyd edib ki, Fransanın keçmiş prezidenti Jak Şirakın istədiyi kimi, Ukraynanı demilitarizasiya etmək lazımdır.
Əli Babayev