Ukraynadakı münaqişə hansı nəticələrə gətirib çıxara bilər..?
Ukraynadakı münaqişə III Dünya Müharibəsinə səbəb ola bilərdi, lakin indi vəziyyət qismən nəzarət altındadır.
SİA-nın məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
…Bu şeylər III Dünya Müharibəsinə səbəb ola bilər… Düşünürəm ki, bu, müəyyən qədər nəzarət altındadır.
Tramp OutKick-ə müsahibəsində deyib.
O, Ukrayna münaqişəsi ilə bağlı sualı belə şərh edib.
…Rusiya prezidenti Vladimir Putin martın 18-də Trampla telefonla danışıb. Kremlin məlumatına görə, söhbət zamanı Tramp münaqişə tərəflərinə 30 gün ərzində enerji infrastrukturuna hücumlardan çəkinməyi təklif edib.
Putin bu təşəbbüsü dəstəkləyib və Rusiya hərbçilərinə müvafiq əmr verib.
Ukrayna prezidenti Vladimir Zelenski də Kiyevin təklifə qoşulmağa hazır olduğunu açıqlayıb. Lakin elə ertəsi gün Rusiya Müdafiə Nazirliyi danışıqlardan bir neçə saat sonra Ukraynaya məxsus pilotsuz təyyarələrin Krasnodar vilayətindəki neft anbarına hücumu barədə məlumat verib.
Əli Babayev