Siyasət

Avropa İttifaqı düşməndən də betərdir


ABŞ-nin prezidenti Donald Tramp Avropa İttifaqının Birləşmiş Ştatları “soyduğunu” və ona düşməndən də betər olduğunu bəyan edib.

Trampın sözlərinə əsasən, Avropa İttifaqının bir sıra ölkələri 45 il ərzində Amerikanın zəifliyindən istifadə edərək onu soyub-talayıblar. O, Çinin də oxşar siyasət yürütdüyünü diqqətə çatdırıb. Ağ Ev rəhbəri əmin edir ki, məhz buna görə dövlətin cari borcu 36 trilyon dolları ötüb.

“Əksər hallarda dostlar, dırnaqarası dostlar, düşməndən daha betər olub. Bir Avropa İttifaqına nəzər salın, görün onlar bu ölkənin başına nə gətiriblər, onu necə soyublar”,- Tramp qeyd edib.