Sosial

Belində keçirlən Sammitdə əllilliyi olan şəxslərin problemləri müzakirə edilib


Berlində Vətəndaş Cəmiyyəti Forumu və Global Əlillik Sammiti keçirilib. Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqından SİA-ya verilən məlumata görə, sammit əlilliyi olan şəxslərin cəmiyyətdə səslərini birləşdirmək, təcrübələrini bölüşmək və tərəfdaşlıq yaratmaq məqsədilə təşkil edilib.

100-dən çox ölkədən 3 mindən çox nümayəndənin iştirak etdiyi sammitin açılış mərasimindən sonra “İnklüziv humanitar dəstək”, “Əlilliyi olan şəxslərin hüquqları” mövzularında panel müzakirələri aparılıb.

Forumda ölkəmizi Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və təşkilatın əməkdaşı Nədimə Rəhimli təmsil edib.

Sammitin iştirakçıları arasında həmçinin Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov və “Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin sədri Əhməd Abbasbəyli də olub.

Yekun olaraq Amman-Berlin bəyannaməsi qəbul edilib.

Tədbitr çərçivəsində Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının üzv olduğu Beynəlxalq Əlilliyi olan Şəxslərin Təşkilatları Birliyi ilə Almaniyanın ABİD İnstitutunun nümayəndələri arasında mübadilə görüşü olub. Görüşdə Kuba Əlillər Assosiasiyasının nümayəndələri də iştirak edib.

Qeyd edək ki, Qlobal Əlillik Sammiti əlilliyi olan şəxslərin, xüsusən də cənubdan olan insanların həyatını yaxşılaşdıran unikal mexanizmdir və 2017-ci ildə əlilliyi əhatə edən inkişaf və humanitar fəaliyyət üçün eyni məqsəd və baxışı paylaşan regional və milli maraqlı tərəfləri bir araya toplamaq məqsədilə yaradılıb.