Tipik rus alkoqolu kənddə yaşayır və işləmir…
Tədqiqatda 60 000 ev təsərrüfatı iştirak edib və 15 yaşdan yuxarı vətəndaşların məlumatları təhlil edilib.
…Mütəxəssislərin və təbii ki, rusiyalı mütəxəssislərin apardığı təhlilə görə, tipik rus alkoqol istehlakçısı 55-59 yaş arası, böyük bir kənddə yaşayan və bir qayda olaraq, sabit işi olmayan və ya aşağı ixtisaslı işlərdə işləyən kişidir.
SİA-nın məlumatına görə, bu barədə rusiyalı araşdırmaçı Olqa Lebedinskaya danışır.
Deməli, onun dediyinə görə, bu portret 2024-cü ildə Rosstat tərəfindən Rusiyada yaşayış şəraitinin genişmiqyaslı tədqiqatının nəticələri əsasında tərtib edilib.
Tədqiqatda 60 000 ev təsərrüfatı iştirak edib və 15 yaşdan yuxarı vətəndaşların məlumatları təhlil edilib.
Təhlil zamanı yaşayış yeri, cins, yaş, məşğulluq və iş şəraiti kimi amillər nəzərə alınıb.
…Bilməyənlər üçün deyim: “alkoqoldan sui-istifadə” demək olar ki, hər gün onu içmək deməkdir.
Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, əhalinin əksəriyyəti (54,3 faiz) vaxtaşırı spirtli içki qəbul edir, yalnız kiçik bir hissəsi (0,6 faiz) demək olar ki, hər gün bunu edir.
Alkoqoldan sui-istifadə edən insanların ən böyük hissəsi əhalisi 1 ilə 5 min nəfər arasında olan böyük kənd yaşayış məntəqələrində cəmləşmişdir.
Şəhər sakinləri arasında gündəlik içki içənlərin ən yüksək faizi əhalisi 100-250 min nəfər olan şəhərlərdə yaşayır. Statistikalar göstərir ki, Rusiyada kişilər alkoqoldan daha çox aludə olurlar.
Müntəzəm alkoqol istehlakı kişilər arasında qadınlara nisbətən 10 dəfə daha çox rast gəlinir.
Alkoqoldan sui-istifadəyə ən çox həssas olanlar 55-59 yaşlı insanlar, xüsusən də daimi işi olmayan insanlardır.
İşçilər arasında gündəlik alkoqol qəbulu daha çox ağır və ya təhlükəli işlərdə çalışan ixtisassız işçilər arasında olur. Ekspert deyir ki, özünü gündəlik aludəçi kimi təqdim edən vətəndaşlar uzun müddət iş axtarır, spirtli içkilər arasında araq və konyaka, daha az pivəyə üstünlük verirlər, praktiki olaraq şampan və köpüklü şərablara fikir vermirlər.
…Lebedinskayanın sözlərinə görə, işdə diskomfort və həddən artıq yüklənən rusiyalı işçilər stressi aradan qaldırmaq üçün tez-tez pivə və ya güclü spirtli içkilərə müraciət edirlər. Ümumiyyətlə, alkoqol problemi olan kişilərin xüsusiyyətləri ümumrusiya statistikasına bənzəyir.
Bununla belə, qadın alkoqolizminin öz xüsusiyyətləri var. Təəccüblüdür ki, gündəlik spirtli içki qəbul edən qadınların ən yüksək faizi əhalinin ən az məskunlaşdığı yerlərdə (200 nəfərdən az) yaşayır və bunlar 18-19 yaşlı gənc qızlardır.
Bu göstərici 30-34 yaş qrupu üzrə eyni göstəricini üstələyir. Əksinə, ayıq həyat tərzi keçirən bir insanın imici əhəmiyyətli dərəcədə fərqlidir.
Bir qayda olaraq, bunlar 25-29 yaş arası, fiziki əmək və risk tələb etməyən işlərdə çalışan, yüksək ixtisaslı kadrlar və ya menecerlər, orta şəhərlərdə yaşayan gənclərdir.
Əli Babayev