İqtisadiyyat

“Banklara borcun çox olması onların sosial həyatlarına birbaşa təsir göstərir”


“Ümumiyyətlə əhalinin borclanması, banklara borcun çox olması onların sosial həyatlarına birbaşa təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib.

Onun sözlərinə görə, məsələ ondadır ki, əhali daha çox istehlak kreditlərindən borclanırlar – soyuducudur, məişət əşyalarıdır və s. alırlar: “Bunun nəticəsində bu aldıqları əşyaları da öz gəlirlərindən daha çox əldə etdikləri zaman onların sosial vəziyyətlərinə təsir göstərməyə başlayır. İnsanlar özləri maariflənməlidir, insanlar özləri öz istəklərini cilovlamalıdırlar. Çünki belə bir deyim var “ya istəklərinizə uyğun gəlirlərinizi artırmalısınız, ya da istəklərinizi azaltmalısınız”. Bu baxımdan da insanlar gəlirlərinə uyğun istəklərini azaltmadıqları zaman hər bir şeyi kreditlə, hər bir şeyi vədəli alış ilə aldıqları zaman bu yığılır. Çox vaxtda nəticədə pulu ödəyə bilmirlər. Bizim cəmiyyətdə gələcəyə doğru borclanmaq meyili çox yüksəkdir. İnsanların əksəriyyətində belə düşüncə varki gələcək indikindən daha yaxşı olacaq. Gələcəkdə daha çox gəlir əldə edəcək. Amma bu qədər borclanmağın sonu çox vaxt gələcəkdə gözlənildiyi kimi yüksək gəlirlər əldə olunmur. Nəticədə həmin şəxslər aldıqları borcu ödəyə bilmirlər. Sosial təsir nədən ibarətdir? Ailənin digər xərclərinin vaxtında ödənilməsində problem yaranır. Bəzən tam təminatlı şəkildə alınmasında, kommunal xərclərin vaxtında ödənilməməsində, ailənin övladlarının təhsili ilə bağlı ödənişlərin edilməməsi sosial gərginliyə gətirib çıxarır”.

Qumral Bahadırqızı