Dünya

“Qazprom” paltaryuyan maşın və soyuducu istehsal etməyə başlayıb..?




Rekord itkilər verərək, Avropa bazarını itirən şirkət bu yolu seçib..?



…Məlum olduğu kimi, Ukraynaya hərbi müdaxilə etdiyi üçün Qərb ölkələrindən iqtisadi sanksiyalar alan Rusiyanın “Qazprom” şirkəti rekord itkilər verərək, Avropa bazarını itirib.

SİA-nın məlumatına görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi öz Telegram kanalında xəbər verir ki, konserni mövcud vəziyyətdən çox konkret çıxış yolu tapıb: “Bosch” konserninin “özgəninkiləşdirdiyi” zavodlardan istifadə edərək paltaryuyan maşın və soyuducu istehsal etməyə başlayıb.

…Qazprom Almaniyanın “Bosch” konserninin “sıxılmış” istehsal güclərindən istifadə edərək soyuducu və paltaryuyan maşınlar istehsalına başlamaq məcburiyyətində qalıb.

Bunu Preventiv İdarəetmə Mərkəzi bildirib.

Eyni zamanda vurğulanır ki, Moskvada yüksək vəzifəli məmurlar “Qazprom”un paltaryuyan maşın və soyuducu istehsalı ideyasına kifayət qədər şübhə ilə yanaşırlar.

“Bosch” markasının dəstəyi olmadan Rusiya qaz inhisarının yeni məhsullarının yaxşı satılmayacağı və tələb olunmayacağı barədə bir fikir var.

…Kreml təbliğatı idarə olunan media resurslarından Qərbin sanksiyalarının nəinki zərərli deyil, hətta “faydalı” olduğunu iddia edir. Rusiyanın ən böyük dövlət korporasiyalarının məhz bu səbəbdən çox böyük maliyyə problemləri var.

TG kanalının bildirdiyinə görə, bunu Preventiv İdarəetmə Mərkəzi müəllifləri bildiriblər.

Əli Babayev