Əmtəə bazarlarında qızıl 3 350 dollardan yuxarı səviyyədə ticarət olunur
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,15% artaraq 3 351,27 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 1,27% azalaraq 32,56 ABŞ dollarına bərabər olub.