Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli görüş başlayıb
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlikləri arasında üçtərəfli görüş keçirilir. SİA xəbər verir ki, bu barədə “İmedi news” məlumat yayıb.
Məlumata görə, tədbiri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
Görüşün məqsədi üç ölkənin baxışlarını və fikirlərini paylaşmaq, mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaqdır ki, bu da üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoya bilər.