Alimlər K2-18b-də yenidən həyat işarələrini tapdılar…
…“Ceyms Uebb” teleskopu növbəti dəfə K2-18b planetində həyat əlamətləri aşkar edib – alimlər əvvəllər də onda oxşar hadisəni müşahidə etmişdilər, lakin daha ətraflı araşdırmadan sonra bu, təkzib edilib.
SİA xəbər verir ki, bu barədə The Astrophysical Journal Letters məlumat yayıb.
Deməli, K2-18b planeti Yerdən 124 işıq ili uzaqlıqda yerləşir. Müşahidələrin göstərdiyi kimi, onun atmosferində dimetil sulfid və dimetil disulfid maddələri var – Yer üzündə bu maddələr yalnız canlı yosunlar tərəfindən istehsal edilə bilər.
Eyni zamanda, bu planetin digər xüsusiyyətləri onda həyatın mövcud ola bilməyəcəyini göstərir – alimlər hesab edirlər ki, K2-18b-dəki atmosfer çox güclü istixana effektinə malikdir, buna görə səthinin orta temperaturu qaynama nöqtəsindən xeyli yüksək olmalıdır.
Bundan əlavə, 2023-cü ildə “Ceyms Uebb” artıq K2-18b atmosferində dimetil sulfid izlərini tapıb. O zaman bu tədqiqatlar elmi ictimaiyyət tərəfindən tənqid olunmuşdu – alimlər hesab edirlər ki, bu vəziyyətdə dimetilsulfidi metandan yalnız onun konsentrasiyası Yerdəkindən 20 dəfə çox olarsa, fərqləndirmək mümkündür ki, bu da şübhələr yaradır.
Bununla belə, yeni müşahidələr 99,7 faiz ehtimalı ilə dimetil sulfid və ya dimetil disulfidin olduğunu təsdiqlədi. Kembricdəki Astronomiya İnstitutunun alimi Nikku Madhusudhan, “…Bildiyimiz hər şeyi nəzərə alsaq, həyatla dolu okeanı olan bir Hykean planeti (üzərində hidrogenlə zəngin atmosfer olan bir maye okeanı olan planet) əlimizdəki məlumatlara ən yaxşı uyğun gələn ssenaridir”-deyə bildirib.
Bununla belə, alim vurğulayıb ki, K2-18b-də Yerdə rast gəlinməyən bəzi naməlum proseslərin baş verdiyini istisna etmək olmaz. Tapılan maddələrin mövcudluğunu izah edə bilərlər.
Nazlı Almuradova