Sosial

Binəqədi rayonunda baş verən yanğının ilkin səbəbləri araşdırılır


Bakı şəhəri Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində ictimai iaşə obyektində yağın hadisəsinin baş verməsi haqqında saat 14.41-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xəttinə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğında Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 5 istiqamətdən əraziyə cəlb olunub. Yanğın ərazidəki ümumi sahəsi 1650 kvadratmetr olan marketdə və anbar hissəsində müşahidə olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev məlumat verib.

Onun sözlərinə görə, yanğınsöndürənlər tərəfindən baş vermiş yağın hadisəsinin digər ərazilərə keçməsinin qarşısı alınıb: “Ərazidə təxminən 650 kvadratmetr sahə yanıb, digər sahə mühafizə olunub. Eyni zamanda 4 vətəndaşa məxsus avtomobil yanıb. Yanğının ilkinin səbəblərinin araşdırılması istiqamətdə iş aparılır. Bizə yanğın zamanı hər hansı vətəndaşın xəsarət alması ilə bağlı məlumat daxil olmayıb”.