Elm və təhsil naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib
Aprelin 21-də elm və təhsil naziri Emin Əmrullayev Sabirabad şəhərində vətəndaşların müraciətlərini dinləyib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Qəbul zamanı vətəndaşlar xarici diplomların tanınması, sertifikatlaşdırma, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.