ABŞ Rusiyanın İrana mümkün zərbəyə reaksiyasını proqnozlaşdırıb
…Rusiya ABŞ-ın İrana mümkün zərbəsini cavabsız qoymayacaq.
SİA-nın məlumatına görə, bu fikirləri X sosial şəbəkəsində Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor paylaşıb.
…İran Rusiya üçün strateji əhəmiyyət kəsb edir. Ona görə də biz İrana kütləvi hücuma başlasaq, Rusiya heç nə etməyəcək. Bölgənin tarixinə baxın, xüsusən də İkinci Dünya Müharibəsi zamanı…
…Deməli, aprelin 21-də Rusiya prezidenti Vladimir Putin Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini ratifikasiya edən qanunu imzalayıb.
Qeyd olunur ki, sənəd iki ölkə arasında əməkdaşlığın bütün sahələrini, o cümlədən müdafiə və terrorizmlə mübarizəni əhatə edir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Tehran və Vaşinqtonun nüvə silahı məsələsində kompromis tapmayacağı təqdirdə İranı irimiqyaslı bombardmanlarla hədələmişdi.
Əli Babayev