İqtisadiyyat

Azərbaycanda gömrük rüsumları üzrə daxilolmalar 1 %-dən çox azalıb


Bu ilin yanvar-mart aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 430,527 milyonmanat təşkil edib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 % azdır.

O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 1,2 % azalaraq 399,35 milyonmanat, əlavə dəyər vergisi üzrə daxilolmalar 4,3% azalaraq 964,479 milyon manat, aksizlər üzrə daxilolmalar 14 % artaraq 55,447 milyonmanat, yol vergisi üzrə daxilolmalar isə azalaraq 18,9 % artaraq 11,254 milyon manat olub.