Hüquq və İnsan Haqları İnstitutu jurnalistlər üçün məlumat sessiyası keçirib
Bu gün “Konstitusiya ali hüquq sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyası keçirilib. SİA xəbər verir ki, məlumat sessiyası Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədrinin müavini Vəfaddin İbayev və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru müavini Natiq Məmmədlinin açılış nitqi ilə başlayıb.
Sonrakı saatlarda isə jurnalistlərə sahəyə uyğun müxtəlif mövzularda məlumatlar verilib.