Siyasət

Simonyan Sankt-Peterburqda Qafarova ilə görüşüb


Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanla danışıqların davam etdiyini bildirib və azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşü barədə danışıb. SİA xəbər verir ki, o bu barədə aprelin 22-də keçirilən brifinqdə bildirib.

Simonyanın sözlərinə görə, o, Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının iclası zamanı azərbaycanlı həmkarı Sahibə Qafarova ilə qısa söhbət aparıb.

Simonyan Azərbaycanın da Ermənistanla münasibətlərin tez bir zamanda normallaşmasında maraqlı olduğunu düşündüyünü vurğulayıb.