İqtisadiyyat

Mərkəzi Bank “Açıq bankçılıq” yanaşmasının tətbiqini sürətləndirəcək


Azərbaycan Mərkəzi Bankı (AMB) “Açıq bankçılıq” yanaşmasının tətbiqini sürətləndirəcək. SİA xəbər verir ki, bu 2024-2026-cı illər üzrə “Maliyyə sektorunun inkişaf strategiyası”nın 2024-cü il üzrə icra vəziyyətində bildirilib.

Qeyd edilib ki, rəqəmsal maliyyə təşəbbüsləri üzrə işlərin 88.9%-i yerinə yetirilib.

Bununla yanaşı AMB rəqəmsal maliyyə təşəbbüsləri üzrə atılacaq addımları açıqlayıb. Növbəti atılacaq addımlar sırasına “Açıq bankçılıq” yanaşmasının tətbiqinin sürətləndirilməsi və “Açıq maliyyə” yanaşmasına keçidin təmin edilməsi, müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi prosesinin təkmilləşdirilməsi, data əsaslı “SupTech” həllərin tətbiqi ilə nəzarət proseslərinin təkmilləşdirilməsi, datanın idarə edilməsi çərçivəsinin hazırlanması, həmçinin datanın idarə edilməsi üzrə müvafiq təcrübə və ekspertizaya malik idarəetmə strukturunun yaradılması, FinCERT-in yaradılması daxildir.