Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
Astara terminalının yenilənməsi və körpü qurulması prosesi yekunlaşmaq üzrədir. SİA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İqtisadi Əməkdaşlıq İdarəsinin rəisinin müavini Rövşən Mirzəyev “Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT): İmkanlar və perspektivlər” mövzusunda keçirilən panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasında deyib.
O qeyd edib ki, Transxəzər nəqliyyat marşrutu Azərbaycanın təşviq etdiyi əsas yoldur:
“Digər istiqamət isə Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Astara terminalının yenilənməsi və körpü qurulması prosesi yekunlaşmaq üzrədir. Astara-Rəşt yolunun maliyyələşdirilməsində isə kiçik problemlər var və bu istiqamətdə tərəflər arasında danışıqlar gedir”.