Sosial

Məsçidlərdə kitabxana salmaq düzgündürmü?


“15il bundan əvvəl mən şəxsən təklif irəli sürmüşdüm ki, məsçidlərimiz insanların üzünə açıq olmalıdır. Orada yalnız ölü basdıranda, hansısa dini rituallar və mərasimlər keçirmək üçün yox həm də, insanların maarriflənməsi, Azərbaycan insanının qədimliyini üzə çıxarması üçün, araşdırmalar aparması üçün, eyni zamanda təzə evlənənlərə psixoloji yardım göstərmək, mədrəsə tipində inkişaf etdirilməsi üçün mədəni ocaqa cevrilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydınxan Əbilov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar məsçidlərdə kitabxanalar olmalıdır. ora Qurani-Kərim oxumağa gələn gənclər və yaxud dua etməyə gələn, namaz qılmağa gələn yeni nəslin nümayəndələri, həm də bu kitablardan bəhrələnməli, bu kitablardan oxumalıdır: “İllər keçdikdən sonra Mənəvi Dəyərlər Fondu bu təklifi reallaşdırmağa başladı. Amma həmişə olduğu kimi, bilirsiniz təklif irəli sürən, ideyanı ortaya qoyan qalır qırağda və onun reallaşması üçün düzgün fikri olan şəxslər və ekspertlər qalır qırağda, öz bildikləri kimi məmurlar addımlar atırlar. Bu gündə planlaşdırılır ki, məsçidlərimiz çox saylı kitablarla təmin olunsun. Lakin o kitabların səviyyəsi, o kitabların tematikası, o kitabların dili, mövzusu, müəllifi, dövlətçilik və milli-mənəvi dəyərlər baxımından nə qədər bizə yararlıdır, bu məsələlər əlbəttə ki, insanları düşündürür. Məsçidlərə yalnız kitabları paylamaq yox, o kitabları yazan şəxslərə də, qonorar vermək lazımdır. Çünki ən böyük mülkiyyət əqli mülkiyyətdir. Bununda Azərbaycanda daha çox kitab və nəşriyyat işi ilə bağlı olan tərəfi inkişaf edib. Amma gəlin baxaq görək biz məsçidlərdə bunu görürükmü? Daha doğrusu bu kitabları paylamağa çalışan qurumlar həmin müəlliflərə sifariş verirlərmi? Müəlliflərin hansı kriteriya üzrə əsərləri qəbul edilir və daha sonra çap edilərək məsçidlərə paylanmalıdır. Çox saylı belə suallar var. Belə sualların cavabını almaq biraz çətindir. Düşünürəm ki, bununla bağlı dövlət qurumları arasında, həm də ictimai qurumlar arasında birgə bir seçim komissiyası olmalıdır. Bunu yalnız birmənalı olaraq qarşılanmayan Dini Komitə və Mənəvi Dəyərlər Fondunun öhdəsinə buraxmaq olmaz. Çünki istənilən halda zövqlər dar ola bilər, müxtəlif ola bilər. Bilirsiniz ki, orada rəhbərlikdə müəyyən adamlar var ki, bir çox məzhəblərə xidmət edir. Bir çox dövlətlərin qurumları ilə əlaqədə olan insanlardır. Ona görə də, bu məsələdə ehtiyyatlı olmaq lazımdır. Dövlət qurumları, o cümlədən də Mədəniyyət Nazirliyi, Ailə Komitəsi, Gənclər və İdman Nazirliyi, Milli Dəyərlər Fondu, Dini Komitə və ictimai qurumlar xüsusəndə tanınmış kultroloqlar, tanınmış yazıçılar, naşirlər bu məsələ də, ümumi bir rəyə gəlməli və ondan sonra bu tipli addımları atmaq, bu tipli layihələri gerçəkləşdirmək olar”.