Yumurtanın xeyirləri BUNLARDIR
“Yumurtanın tərkibindəki makro və mikro elementlərin bol olmasına görə bioloji dəyəri yüksək olan qidalardandır. Yaxşı olar ki, yumurtanı qəbul edərkən onu mənşəyi bəlli olan təbii yetişdirilən toyuq yumurtasından istifadə etmək daha faydalıdır”. Bu sözləri SİA-ya açıqlamasında qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.
Onun sözlərinə görə, yumurta təbii zülal mənbəyidir, eyni zamanda tərkibində bir çox əvəzolunmaz amin turşuları var: “Orqanizmə də bir çox faydaları var. Səhər yeməyində qəbul etdikdə uzun müddət tox saxlayır və əzələ itkisinin qarşısını alır. Göz sağlamlığı üçün, mərkəzi beyin sisteminin yaxşı çalışması üçün önəmli qidalardan hesab olunur.
Tərkibində biotin və A vitaminin çox olması saç və dəri üçün də faydalıdır. Qəbul edərkən qaynadılmış və yaxud da az yağda bişmiş halda yeyildikdə bu daha çox faydalı olur və orqanizmdə düzgün şəkildə həzm olunur. Bir çox hallarda yumurtanı fərqli şəkildə qəbul edirlər ki, bu zaman pendirli, kolbasalı, xüsusilə də yağlı pendirlərlə birlikdə bişirdikdə bu zaman kalori miqdarı arta bilər. Bu da kilo artımına gətirib çıxara bilər. Amma yağda bişmiş halda miqdarı keçməmək şərtilə qəbul olunsa çəkini artırmayacaq.
Yumurtanın yanında mövsümü tərəvəzlərdən istifadə olunsa ki, bu yay mövsümündə xiyar, pomidor bir çox hallarda göyərti, digər mövsümü tərəvəzlərdən istifadə etməklə yumurtanın daha çox qəbul etmiş oluruq. Bu da onun faydalı olmasına gətirib çıxara bilir.
Bir çox hallarda xüsusilə idmançılar təbii zülal qəbul etmək üçün yumurtanı çiy şəkildə qəbul edirlər ki, burada bir çox riskli məqamlar var. Çünki əgər yumurta çiy şəkildə qəbul olunursa, onun tərkibindən insan orqanizminə keçən “salmonella bakteriya”sı var ki, bu xüsusilə çiy yumurtadan keçə bilir. Bu orqanizmin ciddi zədələnməsinə gətirib çıxarda bilər. Eyni zamanda yumurtanın tərkibində biotin maddəsi var ki, bu maddə çiy halda olarkən B vitaminin orqanizmdən sovrulmasını ləngidir və bu vitamin əksik şəkildə qəbul oluna bilir.
Bişmiş yumurtada zülal orqanizm tərəfindən daha asanlıqla qəbul olunur, amma çiy şəkildə daha çətin qəbul olunur ki, bu da orqanizm üçün, xüsusilə də həzm sistemi üçün zərərli ola bilər. Ona görə də ən yaxşı üsul az yağda bişmiş formada yumurtadan istifadə olunmalıdır”.