Dünya

Amerikalı reper məhbuslara İslamı qəbul etməyə kömək edir…


…Hazırda Los Anceles təcridxanasında həbsdə olan və məhkəməni gözləyən məşhur reper Lil Dyerk məhbus yoldaşları arasında İslamı dininin özəllikləri barədə danışıqları ilə böyük rəğbət qazanıb.

SİA-nın məlumatına görə, bu barədə onun atası Dontey Benks “The Breakfast Club”a müsahibəsində danışıb.

…İnsan olaraq kamerada oturursan, dörd divara baxırsan… Bu, sənə təsir edir, amma sən həmişə əsas məsələyə qayıdırsan… Allahın indi bizim üçün etdiyi şey onların bizi sındırmaq cəhdlərindən daha yaxşı və vacibdir. Dyerk mənə dedi ki, o, bura gələndə blokda dörd müsəlman var idi. İndi isə onların sayı on yeddi nəfər olub.

Xatırladaq ki, Dyerk özü 2018-ci ildə DJ Vlad ilə müsahibəsində İslamı qəbul etməsi barədə açıq şəkildə danışıb.

…Reper sifarişli qətlin təşkilində ittiham olunur: istintaqa görə, 2022-ci ilin avqustunda o, repçi Quando Rondonu öldürməyi planlaşdırıb, lakin qurban sonuncunun əmisi oğlu, 24 yaşlı Savaya Robinson (Lil Pab kimi tanınır) olub.

Dyerk təqsirini boynuna almır və müdafiə tərəfi ittihamların YouTube kanallarının uydurma məlumatlarına əsaslandığını vurğulayaraq, işi rədd etməkdə israrlıdır.

Qeyd edək ki, bu ilin əvvəlinə təyin edilmiş məhkəmə prosesi oktyabrın 14-nə təxirə salınıb.

Əli Babayev