Siyasət

“Milli Qəhrəman Albert Aqarunovun anım günü keçirilir”


Bu gün Four Seasons hotelində Azərbaycanın yəhudi əsilli Milli Qəhrəmanı Albert Aqarunovun anım günü keçirilir. SİA xəbər verir ki, tədbirdə millət vəkilləri, mədəniyyət xadimləri, rəsmi şəxslər, media nümayəndələri iştirak edirlər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Albert Aqarunovun əziz xatirəsi yaddaşımızda vətənpərvərlik və Vətənə sədaqət rəmzi kimi əbədi olaraq qalacaqdır.