Dünya

Çinin yeni səfiri Ermənistana gedib


Çinin Ermənistandakı yeni səfiri Li Sinvey İrəvana gedib. SİA xəbər verir ki, bu barədə Ermənistan KİV-i Çin səfirliyinə istinadən məlumat yayıb.

Diplomatik missiyadan bildirilib ki, Pekin İrəvanla münasibətləri dərinləşdirmək və Ermənistan-Çin əməkdaşlığını genişləndirmək niyyətindədir.

Qeyd edək ki, Çinin Ermənistanda təxminən 9 ay səfiri olmayıb. Çinin əvvəlki səfiri Fan Yun 2024-cü il iyulun 11-də missiyasını başa vurub.