Dünya

Köpəkbalığı təcavüzü haqqında mif təkzib edildi..?


Bütün köpək balığı dişləmələri ovla əlaqəli deyil – bəziləri özünü qoruma instinktinin təzahürü ola bilər.

SİA xəbər verir ki, bu, Frontiers in Conservation Science jurnalında öz işlərini dərc edən beynəlxalq tədqiqat qrupunun alimlərinin gəldiyi nəticədir.

Polineziyadakı hücumları və Global Shark Attack Files (Qlobal Köpəkbalığı Hücum Fayllarının) məlumatlarını təhlil etdikdən sonra mütəxəssislər bütün köpəkbalığı dişləmələrinin təxminən 5 faizinin yırtıcının təhlükə kimi qəbul etdiyi insan hərəkətlərinə cavab ola biləcəyini təklif ediblər.

Bu, heyvana toxunmaq, onu sahilə çəkmək və ya məsələn, zıpkınla sualtı ovlamaq cəhdi ola bilər.

Bu dişləmələr ümumiyyətlə ölümcül deyil, ağrılı ola bilər. Tədqiqatçılar onları ayı və ya iri quşlar kimi quru heyvanlarına xas olan müdafiə dişləmələri ilə müqayisə ediblər.

Çox vaxt hücumdan əvvəl heç bir xəbərdarlıq siqnalı yoxdur və köpəkbalığının cavabı qəbul edilən təhlükə ilə qeyri-mütənasib ola bilər.

Müəlliflər bu cür hadisələrə münasibətə yenidən baxmağa və insan hərəkətləri ilə təhrik edilirsə, köpək balığını hücumda günahkar saymamağa çağırırlar.

Onlar həmçinin heyvana yaxşı niyyətlə də toxunmamağı məsləhət görürlər – məsələn, dayaz suda ilişib qalıbsa…

Hər hansı bir toxunma təhlükə kimi qəbul edilə bilər. Tədqiqatçılar vurğulayırlar ki, onların qorxulu görünüşünə baxmayaraq, əksər köpək balıqları ehtiyatlı olur və insanlarla təmasdan qaçırlar. Dişləmənin qarşısını almağın ən yaxşı yolu köpək balığı ilə fiziki əlaqədə olmamaqdır.

Nazlı Almuradova