Vatikanda 9 günlük matəm elan edildi
Papa Fransiskin dəfnindən sonra Vatikanda 9 günlük matəm elan edilib. SİA xəbər verir ki, bu barədə “Corriere della Sera” məlumat yayıb. Nəşrin məlumatına görə, bu müddət ərzində pontifikin xatirəsinə yas mərasimləri keçiriləcək. Onlar bütün dindarlar üçün açıqdır, lakin hər gün yeni bir dini qrupun iştirak edəcəyi gözlənilir. Bundan sonra Papa Fransiskin varisini seçmək üçün konklav başlayacaq. Dəfn mərasimi aprelin 26-da Müqəddəs Pyotr Bazilikasının qarşısındakı meydanda keçirilib. Liturgiyaya 91 yaşlı kardinal Covanni Battista Re rəhbərlik edib. Papanın vəsiyyətinə əsasən, o, Romadakı Santa Maria Maggiore bazilikasında dəfn ediləcək. Vatikandan bildirilib ki, vida mərasiminə 50-yə yaxın dövlət başçısı və 10 hökmdar monarx da daxil olmaqla ən azı 130 xarici nümayəndə heyətinin qatılacağı gözlənilirdi.