Almaniya Xarici İşlər Nazirliyinə kimin başçı ola biləcəyi məlum olub
Xristian Demokrat İttifaqının (CDU) siyasətçisi İohan Vadeful XDİ lideri Fridrix Mersin hökumətində Almaniyanın yeni xarici işlər naziri ola bilər.
SİA xəbər verir ki, bu barədə NTV telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onun məlumatına görə, siyasətçi bir neçə həftədir ki, perspektivli namizəd hesab olunur.
Bundan əvvəl Vadeful Bundestaqda Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) fraksiyasının sədr müavini vəzifəsində çalışıb.
O, anti-Rusiya mövqeyi ilə tanınır.
Əli Babayev