Dünya

Parisdə Makronun siyasətinə qarşı genişmiqyaslı etiraz aksiyası keçirilir


…Fransanın Ukraynadakı münaqişəyə qarışmasına, Kiyevə dəstək üçün Qərb qoşunlarının göndərilməsinə və ümumilikdə respublika prezidenti Emmanuel Makronun siyasətinə qarşı Parisdə Vətənpərvərlər partiyasının təşkil etdiyi genişmiqyaslı etiraz aksiyası başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Agentliyin məlumatına görə, nümayiş bazar günü, aprelin 27-də Parisin mərkəzində, Pale Royal meydanında başlayıb. Etirazçılar əllərində Fransanın dövlət bayraqları, “Makron, biz Ukrayna üçün ölməyəcəyik!”, “Sülh naminə!”, “Yeganə çıxış yolu istefadır!” yazıları olan plakatlar tutub və Fransa prezidentinin siyasətinə etiraz edirlər.

Əli Babayev