“Şirkətlər tərəfindən öyrənilsin və daha dəqiq və daha çevik şəkildə qiymət verilsin”
“Süni intellekt vasitəsi ilə avtomobillərini qəzalı vəziyyətdə göstərərək sığorta şirkətlərini aldadılması ilə bağlı sosial şəbəkələrdə çıxan xəbərlər əlbəttə ki, məni bir vətəndaş olaraq çox məyus edir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib.
Onun sözlərinə görə, süni intellekt adətən insanların köməyinə gələn bir texniki vasitədir: “Doğurdanda süni intellekt vasitəsilə insanların aldadılması və yaxud ziyan çəkməsi çox təəssüfləndirici faktlar siyahısına daxil edərdim. Bunun qarşısını almaq üçün insanlar və dövlət qurumları bu sahədə xüsusən daha məsuliyyətli davranmalıdırlar. Digər bir məsələ isə xüsusən bu kimi hallar və digər formada olan hadisələr üçün ödənişlərin ödənməsi ilə bağlı məsələlərdir. Daha bir məsələ isə sığorta şirkətləri dəqiqləşdirməlidirlər ki, qəzanın hadisə yerinin öyrənilməsi və oraya rəsmi işçilərini göndərməlidir. Çünki bu elə bir məsələdir ki, bu kor təbii olan bir şey deyil. Mütləq şəkildə hadisə yerinə baxış keçirilməli və sığorta əməkdaşı tərəfindən rəy verilməlidir. Bundan sonra süni intellektin və ya digər şəxslərin aldadıb aldatmaması ilə bağlı məsələyə aydınlıq gətirmək olar. Mən bir məqamıda qeyd etmək istəyirdim ki, bu məsələlər mütləqdir. İnsanlar tərəfindən, xüsusən şirkətlər tərəfindən öyrənilsin və daha dəqiq və daha çevik şəkildə qiymət verilsin”.