Dünya

Ukraynadakı müharibədə nə qədər Şimali Koreya əsgəri həlak olub..?





“Reuters” bu rəqəmləri açıqlayıb…



…Rusiyanın Ukraynaya qarşı müharibəsində 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Reuters” xəbər verir ki, bu rəqəmi kəşfiyyat agentliyinin məlumatlarına istinadən Cənubi Koreyalı deputat Li Sun Kvun deyib.

O, Şimali Koreya hərbçilərinin hazırkı itkilərinin “600-ə yaxını həlak olmaqla” 4700 nəfər olaraq qiymətləndirildiyini bildirib.

…Öldürülənlərin cəsədləri Kurskda kremasiya edilib, sonra isə qalıqlar Şimali Koreyaya gətirilib.

Bunu da Cənubi Koreyalı deputat bəyan edib.

Li Sun Kvun əlavə edib ki, ilin əvvəlindən bəri təxminən 2000 əsgər Şimali Koreyaya qaytarılıb. Onun ehtimalına görə, ölkəyə gətirilənlər Pxenyanda təcridxanada saxlanılırlar. Deputatın sözlərinə görə, Şimali Koreyadan olan əsgərlər döyüş qabiliyyətinin yaxşılaşması əlamətlərini nümayiş etdiriblər.

…Xatırladaq ki, Rusiya tərəfində təxminən 15 min Şimali Koreyalının döyüşdüyü deyilir.

Əli Babayev