Azərbaycan Bolqarıstanla bu ölkənin qazlaşdırılmasını müzakirə edib
Azərbaycan Bolqarıstanın qazlaşdırılması məsələsini müzakirə edib. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, bu müzakirələr Türkiyədə P. Şahbazov və Bolqarıstanın energetika naziri Jeço Stankov ilə keçirilən səmərəli görüşdə aparılıb.
Bildirilib ki, iki ölkə arasında qaz tədarükü və tranziti üzrə əməkdaşlığın inkişafı perspektivləri, “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası və Bolqarıstanın qazlaşdırılması istiqamətlərində irəliləyişlər nəzərdən keçirilib.