məlumatlı istifadəçilər” panel sessiyası baş tutub
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiya baş tutub. SİA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin Media təhlil şöbəsinin müdiri Səbinə Seyidovanın moderatorluq etdiyi sessiyada Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məsul şəxsləri tərəfindən texnoloji təkamülün media mühitinə kompleks təsiri, media mühitində etibarlı informasiyanın qorunması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, eyni zamanda, kiberhücum riskləri və rəqəmsal alətlərdən istifadə edərək müxtəlif tərəflərlə effektiv ünsiyyətin qurulması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
İştirakçılar diqqətə çatdırıb ki, dünyada və ölkəmizdə məlumat təhlükəsizliyi sahəsindəki vəziyyət mürəkkəb və daim dəyişən bir dinamikaya malikdir. Həm beynəlxalq səviyyədə, həm də yerli kontekstdə hüquqi çərçivələr, kibertəhlükəsizlik strategiyaları, etik standartlar və sosial media mühiti bu sahənin təkmilləşdirilməsini tələb edir. Ölkəmizdə rəqəmsal savadlılığın artırılması, xüsusən məlumatların qorunması və məxfilik mövzularında vətəndaşların məlumatlandırılması vacibdir.
Qeyd edək ki, panel müzakirənin sonunda sual-cavab sessiyası keçirilib.