İqtisadiyyat

230-dan çox kimyəvi-toksiki maddənin idxalı və istifadəsi qadağan edilib


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlarla birlikdə ölkə ərazisində toksiki maddələrin qadağa siyahısını hazırlayıb. SİA xəbər verir ki, bunu AQTA-nın sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

Onun sözlərinə görə, siyahı Nazirlər Kabinetinin qərarı ilə qüvvəyə minib, 230-dan artıq kimyəvi-toksiki maddənin ölkəyə idxalı və istifadəsi qadağan edilib.

“Müxtəlif dövlət qurumlarının iştirakı ilə Azərbaycan ərazisində Sovet dövründən qalmış pestisidlərin 14 məntəqədə qəbirstanlığını aşkar etmişik. Artıq 2 məntəqədə – Ağstafa və Beyləqan rayonlarında çirklənməni aradan qaldırmışıq”, – deyə AQTA rəsmisi əlavə edib.