Güclü zəlzələnin vurduğu Çilidə sunami xəbərdarlığı edilib…
Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib. Hakimiyyət sunami təhlükəsi barədə xəbərdarlıq edib.
SİA-nın məlumatına görə, bu barədə “The Sun” yazır.
…Zəlzələ Puerto Uilyamsdan 218 km cənubda, Magellan boğazında baş verib.
Mənbəinin 10 km dərinlikdə yerləşdiyi iddia edilir.
Çili Milli Fəlakətin Qarşısının Alınması və Cavab Xidməti sunami təhlükəsi səbəbindən ölkənin cənubundakı Magallanes bölgəsinin sahilyanı ərazisinin boşaldılacağını bildirib. Bundan əlavə, Argentina sahillərində 7,1 bal gücündə (ABŞ Geoloji Xidmətinin məlumatına görə 7,4) zəlzələ qeydə alınıb. Zəlzələnin episentri təxminən 58 min insanın yaşadığı Uşuayya şəhərindən 285 km cənub-şərqdə, 117 min nəfərə yaxın əhalisi olan Çilinin Punta Arenas şəhərindən 511 km cənub-şərqdə yerləşib.
Mənbə də 10 km dərinlikdə yerləşir…
Əli Babayev