Hindistanın müdafiə naziri Moskvaya, Qələbə paradına gəlməyəcək…
Hindistanın müdafiə naziri Pandjat Sinq Qələbənin 80-ci ildönümü ilə əlaqədar Moskvada keçiriləcək paradda iştirak etməyəcək.
SİA xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb. Qeyd olunur ki, çox güman ki, Sinq mayın 9-da Rusiyaya gəlməyəcək.
Bunun əvəzinə bayramda onun müavini Sanjay Set iştirak edə bilər.
Məlumdur ki, Hindistanın baş naziri Narendra Modinin əvvəlcə bayramda iştirak etməli olduğu, lakin o, getməkdən imtina etdiyi məlum olub.
Onun imtinası Hindistan və Pakistan arasındakı gərgin münasibətlərlə bağlıdır.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski mayın 9-da Moskvada dünya liderlərinə mümkün təhlükə barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, Rusiya tərəfi guya müstəqil şəkildə qonaqlara qarşı müxtəlif hərəkətlər edə və onların günahını Ukraynanın üzərinə ata bilər.
Əli Babayev