Lavrovun Hindistanlı həmkarı ilə danışıqlarının mövzusu bəlli olub
Mayın 3-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun hindistanlı həmkarı Subrahmanyam Caishankar telefon danışıqları zamanı Pahalqam şəhəri yaxınlığında terror aktından sonra Hindistan-Pakistan münasibətlərinin pisləşməsini müzakirə ediblər.
SİA-nın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytındakı rəsmi məlumatda deyilir.
…Xarici siyasət idarələrinin rəhbərləri Rusiya-Hindistan əməkdaşlığının cari məsələlərini, həmçinin Pahalqam şəhəri yaxınlığında terror aktından sonra Hindistan-Pakistan münasibətlərinin kəskinləşməsini müzakirə ediblər, – deyə məlumatda bildirilir.
Rusiya tərəfinin 1972-ci il Simla Sazişinin və 1999-cu il Lahor Bəyannaməsinin müddəalarına uyğun olaraq, Yeni Dehli ilə İslamabad arasındakı fikir ayrılıqlarının ikitərəfli əsasda siyasi və diplomatik yollarla həllinin tərəfdarı olduğu vurğulanır.
Bundan əvvəl fransalı geopolitik Aleksandr del Valle Rusiyanın Hindistan və Pakistan arasındakı münaqişənin həllində mümkün vasitəçi ola biləcəyini irəli sürmüşdü.
Əli Babayev