Dünya

Pakistan uzaqmənzilli raketi sınaqdan keçirdi


Pakistan Hindistanla artan gərginlik fonunda uzaqmənzilli raketi sınaqdan keçirib. SİA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Pakistan hərbçilərinə istinadən məlumat yayıb. “Abdali” yer-yer raketinin buraxılışı qoşunların əməliyyat hazırlığının təmin edilməsi və əsas texniki parametrlərin sınaqdan keçirilməsi məqsədi daşıyıb. Təlim silahın naviqasiya sisteminin və manevr xüsusiyyətlərinin sınaqdan keçirilməsi çərçivəsində keçirilib”, – məlumatda deyilir.