Ərdoğan hücuma məruz qalan Özgür Özelə zəng etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İstanbulda hücuma məruz qalan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ zəng edib. SİA xəbər verir ki, CHP sədrinə “keçmiş olsun” arzularını çatdıran Türkiyə lideri hadisənin bütün detalları ilə aydınlaşdırılması üçün prosesi yaxından izlədiyini bildirib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial media hesabında bildirib ki, hücumla bağlı dərhal istintaq başladılıb və hadisəni törədən şəxs saxlanılıb.
“Cənab Özələ qarşı bu hücumu qınayır, ona keçmiş olsun arzularımızı çatdırırıq”, – deyə o vurğulayıb.
Xatırladaq ki, deputat Sırrı Sürəyya Öndərin dəfn mərasimindən sonra Özel hücuma məruz qalıb.