Dünya

İstanbulda Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədrinə qarşı hücum olub


Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə qarşı fiziki hücum olub. SİA xəbər verir ki, hadisə Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müşaviri Sırrı Süreyya Önder üçün İstanbulda keçirilən cənazə mərasimindən sonra baş verib.

Faktla bağlı açıqlamalar verən Türkiyə hökuməti rəsmiləri törədilən şiddətə qarşı etirazlarını bildiriblər.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya CHP sədrinə hücum edən şəxsin saxlanıldığını bildirib.