İtaliyanın “Eni” şirkəti və Azərbaycan enerji sahəsində əməkdaşlığı müzakirə edib
İtaliyanın “Eni S.p.A” şirkəti və Azərbaycan enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Eni”nin prezidenti Cüzeppe Zafarana ilə görüş keçirdim. Söhbət zamanı bu şirkətin Azərbaycan və İtaliya arasında qarşılıqlı faydalı enerji əməkdaşlığının inkişafında iştirakının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb”, – diplomat qeyd edib.