Dünya

Fridrix Merz Kiyevdən Putinə xəbərdarlıq edib…





Qərb sərt cavab verməyə hazırdır…



…Almaniyanın yeni kansleri Fridrix Merz Kiyevə ilk səfəri zamanı atəşkəsə çağırıb və Rusiya diktatoru Vladimir Putini sanksiyalarla hədələyib.

SİA-nın məlumatına görə, bu barədə UNİAN xəbər verir.

…Biz 30 günlük atəşkəsə çağırırıq ki, bu müddət ərzində sülh danışıqları hazırlansın. İndi top Putinin meydançasındadır və o, bu təklifə cavab verməlidir.

Bunu deyən almaniyalı kansler xəbərdarlıq edib ki, Kreml atəşkəslə razılaşmasa, Qərb sərt cavab verməyə hazırdır.

…İmtina ediləcəyi təqdirdə sanksiyaların ciddi şəkildə sərtləşdirilməsi və Ukraynaya geniş miqyaslı dəstək – siyasi, maliyyə və hərbi dəstək olacaq.

Merzin sözlərinə görə, Birləşmiş Ştatlar və prezident Donald Tramp şəxsən bu yanaşmanı dəstəkləyir, çox güman ki, Putinə qarşı “səbrlərini itirirlər”.

Bununla bağlı kansler vurğulayıb ki, hazırda Avropa və ABŞ arasında yüksək səviyyədə razılaşma mövcuddur.

…Əgər atəşkəs əldə olunmasa, Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcək.

Bunu da Merz bildirib. O, həmçinin bütövlükdə Avropanın Ukraynada müharibəyə son qoymaq üçün danışıqları davam etdirməyə hazır olduğunu bəyan edib.

Lakin Putinlə mümkün şəxsi danışıqlar barədə suala Merz qaçaraq cavab verib(?).

…Əgər ehtiyac yaranarsa, bu, müharibəni bitirməyə kömək edərsə, mən çox şey etməyə hazıram. Amma əvvəlcə bu həftə sonundan sonra atəşkəs məqsədinə nail ola biləcəyimizi görməliyik, – Merz deyib.

Ukraynanın müttəfiq ölkələrinin liderlərinin Kiyevə səfəri…

Ötən səhər Ukraynanın müttəfiq ölkələrinin dörd lideri Kiyevə gəlib. Qeyd edilməlidir ki, bu, dörd ölkə liderinin Ukraynaya ilk birgə səfəridir.

Onları Ukrayna rəsmiləri qarşılayıb. Kiyevə səfəri ərəfəsində Merz bildirib ki, Avropa ölkələri Ukraynada atəşkəs haqqında bəyannamə hazırlayıblar və bu, prinsipcə, əsasən Amerika prezidenti Donald Trampın ideyasını əks etdirir.

Əli Babayev