İran nüvə dosyesi ilə bağlı hərəkətə keçdi
İran ABŞ, Avropa ölkələri, Çin və Rusiya ilə nüvə proqramı üzrə dialoqu davam etdirir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin paytaxtı Dohada ABŞ ilə dördüncü danışıqlar raundunun başlanmasından bir gün öncə bildirib. “Biz ABŞ, Çin, Avropa və Rusiya ilə səmimi şəkildə danışıqları davam etdiririk”, – o söyləyib.
O, bir daha vurğulayıb ki, İran nüvə silahına sahib olmağa çalışmasa da, xalqının dinc nüvə texnologiyalarından istifadə etmək hüququndan imtina etməyəcək.
Qeyd edək ki, İranın xarici işlər naziri şənbə günü Səudiyyə Ərəbistanına səfərindən sonra Dohaya gəlib. Mayın 11-də Oman Sultanlığında İranla ABŞ arasında nüvə məsələsi ilə bağlı dolayı danışıqların dördüncü raundu keçiriləcək.