Siyasət

Milli Koordinatorun məruzəsi PARLAMENTDƏ


İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycanda 2024-cü ildə insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə daxil olub. SİA xəbər verir ki, hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 13-nə təyin edilmiş birgə iclasında müzakirə olunacaq.

Xatırladaq ki, “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunun 7.5-ci maddəsinə uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edir.