Rusiyaya qarşı yeni sanksiyalar müzakirə edilib
Ukrayna və Qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırıb.
SİA-nın məlumatına görə, RBC-Ukrayna Telegram-da xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa deyib.
…Biz qarşıdakı günlərdə gələcək sülh səylərini, eləcə də Rusiya atəşkəs və sülh səylərini rədd edərsə, sanksiyalar və digər addımları koordinasiya etdik, – deyə Ukrayna XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, müzakirələrdə Böyük Britaniya, Fransa, Almaniya, Polşa, Avropa İttifaqı (Aİ) və ABŞ diplomatları iştirak ediblər.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək hədələrindən danışıb. O, bəyan edib ki, Moskva ilə dialoq üçün ultimatum dilindən istifadə etmək olmaz.
Əli Babayev